Modern.az

Hikmət Hacıyevdən Azıx mağarası ilə bağlı maraqlı paylaşım 

Hikmət Hacıyevdən Azıx mağarası ilə bağlı maraqlı paylaşım 

Ölkə

Bu gün, 17:57

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azıx mağarası ilə bağlı paylaşım edib.

Modern.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkə hesabında məlumat verib.

Azıx mağarası Qafqaz və ümumilikdə Avrasiya məkanında ən mühüm paleolit dövrü abidələrindən biri hesab olunur.

Hikmət Hacıyev bildirib ki, hazırda mağarada beynəlxalq və yerli alimlərin iştirakı ilə arxeoloji tədqiqatlar aparılır. O qeyd edib ki, bu araşdırmalar Neandertallar və Homo sapienslərin fəaliyyətinə dair mühüm məlumatların əldə olunmasına imkan verəcək.

Qeyd olunub ki, aparılan tədqiqatlar regionda Neandertallarla Homo sapienslərin eyni dövrdə yaşaması və ya paralel şəkildə məskunlaşması ehtimalına da aydınlıq gətirə bilər.

 

 

 

 

Sizə yeni x var
Keçid et
Türkiyənin hədələnməsinə Bakıdan sərt cavab: Başınız üçün deyil!