Modern.az

Türkiyə Zəngəzur dəhlizində işlərə başladı

Türkiyə Zəngəzur dəhlizində işlərə başladı

Ölkə

Bu gün, 11:45

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizi ilə bağlı aparılan işlər barədə danışıb.

Modern.az xəbər verir ki, nazir Türkiyə tərəfdə qalan 224 kilometrlik yolun təmirinə artıq başlanıldığını bildirib.

“Azərbaycan tərəfdəki işlər sona yaxınlaşır. Zəngəzur koridorunda bir podratçılıq müqaviləsi imzalanıb, lakin tikinti işlərinə hələ başlanmayıb. Düşünürəm ki, gələcəkdə çox gecikmədən başlanacaq. Naxçıvan tərəfdə 180 kilometrlik bir hissə var. Onun bir hissəsi təmir ediləcək, bir hissəsi yenidən tikiləcək. Bizim tərəfdəki 224 kilometrlik hissədə tikinti işlərinə isə artıq başlanılıb”, – nazir bildirib. (APA)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV