Bu ilin ilk iki ayı ərzində ölkədə 10878 ölüm halı qeydə alınıb.
Bu barədə Modern.az Dövlət Statistika Komitəsinin yanvar-mart ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrə istinadən xəbər verir.
Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 6,3-dən 6,6-ya qədər artıb.