Modern.az

Azərbaycanla Çin arasında rəqəmsal inkişaf müzakirə olunub

Azərbaycanla Çin arasında rəqəmsal inkişaf müzakirə olunub

Ölkə

24 Aprel 2026, 19:53

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin Kiberfəza İdarəsinin naziri Çjuan Junvenlə ikitərəfli əməkdaşlığı müzakirə edib.

Modern.az xəbər verir ki, bu barədə H.Hacıyev özünün X hesabında məlumat paylaşıb.

"Azərbaycanla Çin arasındakı hərtərəfli strateji tərəfdaşlıq əsasında Çinin Kiberfəza İdarəsinin naziri cənab Çjuan Junvenlə ölkələrimiz arasında rəqəmsal inkişaf, sosial media və dezinformasiya və dipfeyklərlə mübarizə sahəsində ikitərəfli əməkdaşlığı müzakirə etdik", - deyə o, qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!