Modern.az

Bu xəstəxananın direktoru və müavini işdən çıxarıldı

Bu xəstəxananın direktoru və müavini işdən çıxarıldı

Ölkə

13 May 2026, 21:53

Beyləqan Rayon Mərkəzi Xəstəxanasında kadr dəyişikliyi baş verib.

Modern.az-ın xəbərinə görə, xəstəxananın direktoru Muradov Bayram Cəbrayıl oğlu və İnzibati işlər üzrə direktor müavini Mahmudov Elnur Nazim oğlu vəzifələrindən ayrılıblar.

Məlumata görə, dəyişiklik yeni təyin olunmuş icraçı direktorun qərarı əsasında həyata keçirilib. Bildirilir ki, hər iki şəxs işdən öz ərizələri ilə çıxıb.

Hazırda xəstəxanada yeni idarəetmə strukturu üzrə dəyişikliklərin davam etdiyi qeyd olunur.

(Teleqraf)

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır