Modern.az

Azərbaycanla Rumıniya arasında strateji tərəfdaşlıq müzakirə olunu

Azərbaycanla Rumıniya arasında strateji tərəfdaşlıq müzakirə olunu

Ölkə

Bu gün, 09:30

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ölkəmizdə səfərdə olan rumıniyalı həmkarı Marius Lazurka ilə görüşüb.

Modern.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev rəsmi "X" hesabında məlumat paylaşıb.

Prezidentin köməkçisi görüşün olduqca səmərəli keçdiyini vurğulayıb:

"Azərbaycan və Rumıniya arasındakı strateji tərəfdaşlığı və ənənəvi dostluq əlaqələrini bir daha təsdiqləyərək, ikitərəfli münasibətlərimizin daha da dərinləşdirilməsi üçün geniş imkanları müzakirə etdik. Avropa İttifaqının Cənubi Qafqaza coğrafi baxımdan ən yaxın üzv dövləti olan Rumıniya bizim əməkdaşlığımızda mühüm yer tutur".

H.Hacıyev qeyd edib ki, görüş zamanı tərəflər siyasi, iqtisadi, enerji, müdafiə, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın irəliyə aparılması perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparıblar. Həmçinin, aktiv siyasi və təhlükəsizlik dialoqunun gələcəkdə də davam etdirilməsi barədə razılıq əldə olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə Zəngəzur dəhlizinə TURAN deyildi -Ermənistanda ara qarışdı -Xəbəriniz Var? - Media Turk TV