Modern.az

Numan Kurtulmuş Azərbaycana gəlir 

Numan Kurtulmuş Azərbaycana gəlir 

Ölkə

22 İyun 2026, 12:33

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuş Azərbaycana səfər edəcək.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Səfirliyi məlumat yayıb.

Bildirilib ki, parlament sədri Azərbaycan Milli Məclisinin ev sahibliyi ilə Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İSİPAB) 20-ci konfransında iştirak edəcək. Səfər 23-24 iyun tarixlərini əhatə edəcək.

TBMM sədri səfər çərçivəsində, həmçinin tədbirə qatılan üzv ölkələrin parlament rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?