Modern.az

Rolls-Royce, Bentley, Maserati... Azərbaycanda neçə lüks avtomobil var?

Rolls-Royce, Bentley, Maserati... Azərbaycanda neçə lüks avtomobil var?

Ölkə

Bu gün, 10:08

Azərbaycanda ən az istifadə olunan minik avtomobillərinin statistikası məlum olub. Siyahıda əsasən lüks və nadir markalar yer alır.

Modern.az-ın Dövlət Statistika Komitəsinə sorğusuna cavab olaraq bildirilib ki, 2026-cı il yanvarın 1-nə ölkədə cəmi 85 ədəd Rolls-Royce markalı minik avtomobili qeydiyyatdadır.

Statistikaya görə, ölkədə 223 Maserati, 349 Hummer392 Bentley markalı avtomobil də qeydiyyata alınıb. Lüks avtomobillər sırasında 471 Jaguar, 502 Cadillac446 Mini markalı avtomobil də var.

Rəsmi məlumatda ən az istifadə olunan digər markalar da yer alıb. Belə ki, Azərbaycanda cəmi 86 Rover, 96 Isuzu, 123 Buick, 188 Saturn, 216 Daihatsu, 223 Maserati, 274 Alfa Romeo, 292 Lincoln, 330 Bogdan, 332 Citroen, 349 Hummer353 GMC markalı minik avtomobili qeydiyyatdadır.

Ən nadir avtomobil markaları arasında Rolls-Royce, Rover, Isuzu, BuickSaturn ilk sıralarda yer alır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il yanvarın 1-nə Azərbaycanda ümumilikdə 1 milyon 676 min 80 minik avtomobili qeydiyyatda olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyaya DƏHŞƏTLİ HÜCUM - Şəhərlər raketlərlə bombalanır