Modern.az

“Lukoyl”un zavodu dron hücumundan sonra neft emalını dayandırıb

“Lukoyl”un zavodu dron hücumundan sonra neft emalını dayandırıb

Ölkə

25 İyun 2026, 13:55

Rusiyanın “Lukoyl” şirkətinə məxsus ən böyük neft emalı zavodu dron hücumundan sonra neft emalını dayandırıb.

Modern.az xəbər verir ki, bu barədə Reuters agentliyi sənaye mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, söhbət Nijni Novqorod vilayətinin Kstovo şəhərində yerləşən “Nijegorodnefteorqsintez” (NORSİ) zavodundan gedir. Bildirilir ki, müəssisədə ilkin neft emalı üçün nəzərdə tutulan AVT-5 qurğusu zədələnib. Həmin qurğu zavodun ümumi gücünün təxminən 25 faizini təmin edir.

"Reuters" qeyd edir ki, NORSİ iyun ayında fəaliyyətini dayandıran beşinci Rusiya neft emalı zavodudur.

Whatsapp
Bizə yazın!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...