Gürcüstana səfər etməyi planlaşdıran sərnişinlərə xəbərdarlıq edilib.
Modern.az xəbər verir ki, Azərbaycan Dəmir Yollarının (ADY) bilet satış platformasında yerləşdirilən bildirişdə xatırladılıb ki, Gürcüstanın "Turizm haqqında" qanununa əsasən, 2026-cı il yanvarın 1-dən etibarən ölkəyə daxil olan hər bir şəxs sağlamlıq və ya bədbəxt hadisə sığortasına malik olmalıdır.
Məlumata görə, sığorta sənədi ingilis və ya gürcü dilində, çap və ya elektron formada təqdim edilməlidir. Bildirilir ki, sığortanı istənilən sığorta şirkətindən əldə etmək mümkündür.
Bundan başqa, qeyd olunub ki, Azərbaycan Respublikası ilə vizasız gediş-gəliş rejimi tətbiq olunmayan ölkələrin vətəndaşlarının dəmir yolu ilə Gürcüstana səfərinə icazə verilmir.