Modern.az

Sertifikasiya ilə bağlı AÇIQLAMA

Sertifikasiya ilə bağlı AÇIQLAMA

Ölkə

Bu gün, 10:08

2022-2026-cı illər üzrə təşkil olunmuş sertifikatlaşdırma imtahanlarında 104 435 müəllim iştirak edib.

Modern.az xəbər verir ki, bunu “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin sözlərinə görə, bununla da ölkədə fəaliyyət göstərən demək olar ki, bütün müəllimlər ən azı bir dəfə sertifikatlaşdırma prosesinə cəlb olunublar.

“Müvafiq illər ərzində bir çox fənn üzrə sertifikatlaşdırma prosesinin hər iki mərhələsi artıq tamamilə yekunlaşıb. Prosesə ilk olaraq 2022-ci ildə 33 691 nəfərlə ibtidai sinif müəllimləri cəlb edilib. Növbəti il, yəni 2023-cü ildə layihəyə 11 457 nəfər Azərbaycan dili və ədəbiyyat müəllimi qoşulub. 2024-cü ildən etibarən isə proses genişlənərək 9 586 riyaziyyat və 14 801 xarici dil müəllimini əhatə edib. Ötən il, yəni 2025-ci ildə isə təbiət və dəqiq elmlər üzrə böyük bir qrup prosesi tamamlayıb; bura 3 735 biologiya, 2 761 kimya, 3 848 fizika, 3 760 coğrafiya və 3 863 informatika müəllimi daxil olub.

Cari ildən etibarən isə digər humanitar, incəsənət və idman təmayüllü fənlər üzrə sertifikatlaşdırmanın birinci mərhələsinə start verilib. Artıq 5 571 tarix, 1 689 təsviri incəsənət, 2 948 texnologiya, 1 311 musiqi və 5 419 fiziki tərbiyə müəllimi birinci mərhələni başa vurub. Bu fənlər üzrə müəllimlərin sertifikatlaşdırma prosesinin ikinci mərhələsinin 2027-ci ilə qədər davam etdirilərək tamamilə yekunlaşdırılması planlaşdırılır”.

Sizə yeni x var
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada