Modern.az

Gənclərin ən çox və ən az yaşadığı rayonlar - TAM SİYAHI

Gənclərin ən çox və ən az yaşadığı rayonlar - TAM SİYAHI

Ölkə

Bu gün, 12:43

Azərbaycanda son beş ildə 14-29 yaşlı gənclərin sayı ümumi ölkə üzrə cüzi artsa da, rayonlar və şəhərlər üzrə mənzərə tamamilə fərqlidir. Bəzi bölgələrdə gənclərin sayı minlərlə nəfər artıb, digərlərində isə nəzərəçarpacaq azalma qeydə alınıb. Artım əsasən Bakıətrafı ərazilərdə və iri şəhərlərdə müşahidə olunub, bir sıra rayonlarda isə gənclərin sayı azalmağa davam edib.

Modern.az Dövlət Statistika Komitəsinin 2022-2026-cı illər üzrə məlumatlarını təhlil edib.

Rəsmi statistikaya görə, ölkədə 14-29 yaşlı əhalinin sayı 2 milyon 302 min 142 nəfərdən 2 milyon 318 min 361 nəfərə yüksəlib. Bu, beş il ərzində 16 min 219 nəfərlik artım deməkdir.

Ən böyük artım Abşerondadır

Son beş ildə gənclərin sayının ən çox artdığı inzibati ərazi Abşeron rayonu olub. Burada gənclərin sayı 94 min 872 nəfərdən 108 min 820 nəfərə yüksələrək 13 min 948 nəfər artıb.

İkinci yerdə Sumqayıt şəhəri qərarlaşıb. Burada son beş ildə gənclərin sayı 9 min 190 nəfər artıb. İlk "3-lüy"ü isə 4 min 521 nəfərlik artımla Xəzər rayonu tamamlayır.
Sonrakı pillələrdə Gəncə şəhəri yer alır. Burada gənclərin sayı 1 574 nəfər artıb. Şamaxıda bu göstərici 1 563, Binəqədidə 1 550, Mingəçevirdə isə 1 411 nəfər olub.

Artım təkcə iri şəhərlərlə məhdudlaşmayıb. Füzuli rayonu beş ildə 1 354, Kəngərli rayonu 1 347, Ağcabədi isə 1 087 nəfər yeni gənc qazanaraq ilk "10-luq"da yer alıb.

Ən böyük azalma isə Bakının mərkəzi rayonlarında qeydə alınıb

Gənclərin sayının ən çox azaldığı rayon Nəsimi olub. Burada beş il ərzində 14-29 yaşlı şəxslərin sayında 3 min 438 nəfər azalma qeydə alınıb.

Nəsimidən sonra ən böyük azalma Yasamal Nərimanov rayonlarında qeydə alınıb. Bu rayonlarda gənclərin sayı müvafiq olaraq 2 min 735 və 2 min 347 nəfər azalıb. Siyahının davamında Zaqatala rayonu 2 min 191, Xətai 1 min 925, Balakən 1 min 809, Tərtər 1 min 757, Tovuz 1 min 643, Qax 1 min 169 və Gədəbəy 1 min 167 nəfərlik azalma ilə yer alır.

Ən zəif artım bu rayonlarda qeydə alınıb

Son beş ildə bəzi rayon və şəhərlərdə gənclərin sayı artsa da, bu artım olduqca məhdud olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ən aşağı artım Naftalan şəhərində qeydə alınıb. Burada beş il ərzində 14-29 yaşlı əhalinin sayı cəmi 6 nəfər artıb.

Naftalandan sonra ən zəif artım İsmayıllı rayonunda müşahidə olunub. Burada gənclərin sayı 18 nəfər, Pirallahı rayonunda 32 nəfər, Xankəndi şəhərində isə 48 nəfər artıb.

Siyəzən rayonunda beş ildə 53 nəfər, Quba rayonunda 85 nəfər, Qobustan rayonunda 142 nəfər, Ordubad rayonunda 197 nəfər, Xocavənd rayonunda 218 nəfər, Şabran rayonunda isə 219 nəfər artım qeydə alınıb.

Bəs sizin rayonda gənclərin sayı necə dəyişib?

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, son beş ildə gənclərin sayının artdığı rayon və şəhərlərin siyahısı kifayət qədər genişdir. İlk "10-luq"dan sonra da bir sıra bölgələrdə müsbət dinamika davam edib.

Belə ki, Babək rayonunda gənclərin sayı 1 042 nəfər, Naxçıvan şəhərində 1 022 nəfər, Xocalı rayonunda isə 1 007 nəfər artıb.

Sonrakı yerlərdə Qaradağ (786 nəfər), Cəbrayıl (763 nəfər), Yevlax (752 nəfər), Masallı (750 nəfər), Laçın (704 nəfər), Culfa (617 nəfər), Astara (575 nəfər), Sabunçu (570 nəfər), Ağdam (564 nəfər), Qubadlı (539 nəfər), Zəngilan (454 nəfər), Sədərək (433 nəfər), Lənkəran (427 nəfər), Hacıqabul (405 nəfər) və Xaçmaz (378 nəfər) rayonları qərarlaşıb.

Gənclərin sayının azaldığı digər rayonlar

Əks tendensiya isə ölkənin 40-dan çox rayon və şəhərində müşahidə olunub. Ən böyük azalma Nəsimi, YasamalNərimanov rayonlarında qeydə alınsa da, siyahı bununla bitmir.

Sonrakı yerlərdə Zaqatala (2 191 nəfər), Xətai (1 925 nəfər), Balakən (1 809 nəfər), Tərtər (1 757 nəfər), Tovuz (1 643 nəfər), Qax (1 169 nəfər), Gədəbəy (1 167 nəfər), Nizami (1 149 nəfər), Qəbələ (1 147 nəfər), Qazax (1 136 nəfər), İmişli (1 061 nəfər), Şəki (1 022 nəfər), Səbail (967 nəfər), Saatlı (939 nəfər), Ağstafa (712 nəfər), Oğuz (639 nəfər), Yardımlı (617 nəfər), Salyan (613 nəfər), Şəmkir (533 nəfər), Goranboy (497 nəfər), Ağdaş (480 nəfər), Ucar (479 nəfər), Samux (466 nəfər), SuraxanıZərdab (hərəsində 420 nəfər), Sabirabad (370 nəfər), Göygöl (357 nəfər), Kəlbəcər (349 nəfər), Qusar (309 nəfər), Kürdəmir (308 nəfər), Bərdə (263 nəfər), Beyləqan (211 nəfər), Daşkəsən (194 nəfər), Şərur (188 nəfər), Şirvan (168 nəfər), Şuşa (159 nəfər), Neftçala (136 nəfər), Cəlilabad (112 nəfər), Ağsu (108 nəfər), Şahbuz (106 nəfər), Biləsuvar (74 nəfər), Xızı (70 nəfər), Göyçay (36 nəfər) və Lerik (21 nəfər) gəlir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada