Modern.az

Bakı–Tbilisi qatarına böyük axın - rəqəmlər açıqlandı

Bakı–Tbilisi qatarına böyük axın - rəqəmlər açıqlandı

Ölkə

7 İyul 2026, 13:06

Bakı-Tbilisi-Bakı marşrutu üzrə 25 may - 6 iyul tarixlərində 25 minə yaxın bilet satılıb və 14 minə yaxın sərnişin daşınıb.

Qurumdan Modern.az-a verilən məlumata görə, sərnişinlərdən 6356 nəfəri Tbilisi, 4343 nəfəri Bakı, 1112 nəfəri Gəncə, 808 nəfəri Yevlax, 520 nəfəri isə Ağstafa və digər stansiyalardan qatara minib. Bu rəqəmlər marşrut üzrə səfər edənlərin təqribən 40 faizinin məhz bölgələrin payına düşdüyünü göstərir.

Ümumilikdə, ADY-nin xidmət coğrafiyasının genişləndirilməsi layihələri nəticəsində qatara maraq kəskin artıb. Belə ki, 2026-cı ilin ilk 6 ayında dəmir yolu ilə 5,4 milyondan çox sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü (4,6 milyon nəfər) ilə müqayisədə 20 faizə yaxın artım deməkdir.

ADY sərnişinlərin rahat, əlçatan və təhlükəsiz səyahət imkanlarından faydalanması üçün xidmətlərin təkmilləşdirilməsini davam etdirəcəyini bəyan edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?