Modern.az

Eynşteynin qurduğu akademiyaya seçilən ilk azərbaycanlı qadın

Eynşteynin qurduğu akademiyaya seçilən ilk azərbaycanlı qadın

Ölkə

Bu gün, 14:34

Milli Məclisin deputatı Hicranə Hüseynovanın bacısı, tanınmış dosent Reyhan Hüseynova dünya şöhrətli fiziklər Albert Eynşteyn və Robert Oppenheymerin təşəbbüsü ilə təsis edilmiş Dünya Sənət və Elm Akademiyasının (WAAS) həqiqi üzvü seçilib.

Modern.az xəbər verir ki, bu barədə deputat Hicranə Hüseynova məlumat yayıb.

O bildirib ki, Reyhan Hüseynova dünyanın ən nüfuzlu alimlərini, Nobel mükafatı laureatlarını və qlobal mütəfəkkirlərini bir araya gətirən bu nüfuzlu beynəlxalq quruma seçilən ilk azərbaycanlı qadındır.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, Reyhan Hüseynova ölkənin ictimai həyatında səmərəli fəaliyyətinə görə 2024-cü ildə "Tərəqqi" medalı ilə təltif edilib.

O, Qərbi Kaspi Universitetinin dosenti, fəlsəfə doktoru və kulturoloqdur. R.Hüseynova həmçinin baş qərargahı Vaşinqtonda yerləşən "Minilliyin layihəsi" (The Millennium Project) qlobal təşkilatının Azərbaycan bölməsinin sədri, eyni zamanda Azərbaycan Gələcək Araşdırmalar Cəmiyyətinin təsisçisi və rəhbəridir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin onu İrandan çıxarmağa çalışır: Tehrana gedən sirli təyyarə