Modern.az

Azərbaycanda yaşı 100-ü keçənlərin SAYI

Azərbaycanda yaşı 100-ü keçənlərin SAYI

Ölkə

Bu gün, 09:58

Azərbaycanda yaşı 100 və daha çox olan sosial ödəniş alan şəxslərin sayı açıqlanıb.

Modern.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, cari ilin iyulun 20-nə olan məlumata əsasən, ölkədə yaşı 100 və daha çox olan 288 nəfər sosial ödəniş alır.

Məlumata görə, onlardan 285 nəfəri əmək pensiyası, 3 nəfəri isə yaşa görə sosial müavinət alır.

Fondun məlumatına əsasən, yaşı 100 və daha çox olan sosial ödəniş alan şəxslərin ən böyük hissəsi Bakı şəhərində, eləcə də Bərdə və İsmayıllı rayonlarında yaşayır.

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR