Modern.az

Bakı-Naxçıvan avtobus reysləri nə vaxt bərpa olunacaq? - RƏSMİ 

Bakı-Naxçıvan avtobus reysləri nə vaxt bərpa olunacaq? - RƏSMİ 

Ölkə

21 İyul 2026, 11:30

Fevralın 28-dən Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar təhlükəsizlik məqsədilə İran ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri dayandırılıb. Artıq 5 aydır fəaliyyət göstərməyən bu marşrutun nə zaman bərpa olunacağı isə əsas diqqət mərkəzindədir.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda reyslərin bərpası barədə hər hansı qərar qəbul edilməyib.

Müvafiq qərar olduğu təqdirdə bu barədə ictimaiyyətə rəsmi məlumat veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Kim dostdur, kim düşmən, kim sevgilidir, kim ailə, heç nə bilinmir