Modern.az

Azərbaycanlı gənc NASA-nın layihəsinə rəhbərlik edəcək 

Azərbaycanlı gənc NASA-nın layihəsinə rəhbərlik edəcək 

Ölkə

Bu gün, 11:26

Qubadlı rayonunun Balasoltanlı kənd sakini Amil Zeynallı dünyanın ən böyük kosmik hakatonu sayılan "NASA Space Apps Challenge"ın 2026-cı il üzrə Azərbaycandakı rəsmi rəhbəri təyin olunub.

Modern.az-ın məlumatına görə, bu barədə qərar layihənin rəsmi qlobal idarəetmə heyəti tərəfindən göndərilən məktubda öz əksini tapıb.

Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbin məzunu olan Amil Zeynallı yerli iştirakçıları bir araya gətirmək, ölkədə innovasiya icmasının inkişafına töhfə vermək və beynəlxalq tədbirin Azərbaycanda uğurla təşkilinə rəhbərlik etmək missiyasını icra edəcək.

Məlumat üçün bildirək ki, "NASA Space Apps Challenge" layihəsinin əsas məqsədi NASA və tərəfdaş kosmik agentliklərin açıq məlumatlarından istifadə edərək, Dünya və kosmosda qarşıya çıxan real problemlərə innovativ və praktiki həllər tapmaqdan ibarətdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya İlham Əliyevi hədəf aldı - Kremldə dəliliyin ən son həddi