Modern.az

Şəhid anası böyrəyini qızına verdi 

Şəhid anası böyrəyini qızına verdi 

Ölkə

24 İyul 2026, 17:41

44 günlük Vətən müharibəsində oğlunu şəhid verən ana xroniki xəstəlikdən əziyyət çəkən qızı üçün donor olub.

Modern.az xəbər verir ki, bu barədə həkim-cərrah Eldar Əhmədov sosial şəbəkə hesabında məlumat paylaşıb.

Həkimin sözlərinə görə, əməliyyat Yeni Klinikada baş tutub. Gülşən xanım xroniki böyrək çatışmazlığından əziyyət çəkən qızına böyrəyini bağışlayaraq ona ikinci həyat bəxş edib.

Üç gün əvvəl həyata keçirilən böyrək transplantasiyası əməliyyatının uğurla başa çatdığını bildirən cərrah qeyd edib ki, həm ananın, həm də qızının vəziyyəti yaxşıdır, müalicələri davam edir:

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
GƏRGİN MÜZAKİRƏ! Ukrayna savaşı dayandırılır - Qalib kim olacaq?