Modern.az

Azərbaycanda şəkərli diabetə tutulan qadınlar kişilərdən çoxdur - RƏQƏMLƏR

Azərbaycanda şəkərli diabetə tutulan qadınlar kişilərdən çoxdur - RƏQƏMLƏR

Ölkə

Bu gün, 15:44

Azərbaycanda hər 100 diabet xəstəsindən 97-si 30 yaşdan yuxarıdır.

Bu Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib. 

Məlumata görə, qeydiyyatda olan 344 min 577 diabet xəstəsinin 27 min 326 nəfəri insulinasılı, 317 min 251 nəfəri isə insulinasılı olmayan şəkərli diabetdən əziyyət çəkir. Beləliklə, diabet xəstələrinin təxminən 92 faizi insulinasılı olmayan diabet növünə malikdir.

Cins bölgüsünə nəzər saldıqda məlum olur ki, 191 min 285 qadın153 min 292 kişi diabet diaqnozu ilə qeydiyyatdadır. Bu isə o deməkdir ki, qeydiyyatda olan hər 10 diabet xəstəsindən təxminən 6-sı qadın, 4-ü isə kişidir.

Yaş qrupları üzrə statistika xəstəliyin əsasən yetkin yaşlarda daha geniş yayıldığını göstərir. Belə ki, 30 yaş və yuxarı şəxslər arasında diabet diaqnozu ilə qeydiyyatda olanların sayı 334 min 948 nəfər təşkil edir. Bu, bütün qeydiyyatda olan diabet xəstələrinin 97 faizindən çoxu deməkdir.

Bununla yanaşı, 18–29 yaş arasında 6 min 957 nəfər, 0–17 yaş qrupunda isə 2 min 672 nəfər şəkərli diabet diaqnozu ilə qeydiyyatdadır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr