Modern.az

Azərbaycana ən çox turist bu ölkələrdən gəldi - Siyahı

Azərbaycana ən çox turist bu ölkələrdən gəldi - Siyahı

Ölkə

Bu gün, 12:08

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilən gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz azalaraq 1 milyon 807,9 min olub.

Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ümumi gecələmələrin 58,8 faizi Bakının payına düşüb. Sonrakı yerlərdə Qusar (5,9 faiz), Naftalan (5,5 faiz), Qəbələ (3,4 faiz), Quba (3,1 faiz), Lənkəran (3,0 faiz), Xaçmaz (2,1 faiz), Gəncə (1,9 faiz), Şuşa (1,8 faiz), Şamaxı (1,5 faiz), Naxçıvan MR (1,2 faiz), Şabran (1,1 faiz) və Masallı (1,1 faiz) qərarlaşıb. Digər şəhər və rayonların payı isə 9,6 faiz təşkil edib.

Hesabat dövründə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilən gecələmələrin sayı da 10,3 faiz azalaraq 1 milyon 69,8 min olub. Bu göstərici ümumi gecələmələrin 59,2 faizini təşkil edir.

Xarici turistlərin gecələmələrinin 14,1 faizi Türkiyə, 13,0 faizi Rusiya, 7,1 faizi Hindistan, 6,9 faizi İsrail, 4,6 faizi Səudiyyə Ərəbistanı, 4,6 faizi Çin, 4,1 faizi Qazaxıstan, 3,9 faizi Özbəkistan, 3,8 faizi Pakistan, 2,4 faizi BƏƏ, 2,3 faizi Böyük Britaniya, 2,3 faizi ABŞ, 1,7 faizi Almaniya, 1,3 faizi Küveyt, 1,1 faizi İtaliya, 1,0 faizi Gürcüstan, 0,8 faizi İran, 0,7 faizi Koreya Respublikası, 0,7 faizi Ukrayna, 23,6 faizi isə digər ölkələrin payına düşüb.

Əcnəbilərin keçirdiyi gecələmələrin 81,9 faizi Bakıda qeydə alınıb. Qusar və Naftalanın hər birinin payı 5,6 faiz, Qəbələnin payı 2,1 faiz, Qubanın payı 1,0 faiz olub. Digər şəhər və rayonların ümumi payı isə 3,8 faiz təşkil edib.

Azərbaycan vətəndaşlarının hotellərdə keçirdiyi gecələmələrin sayı 738,1 min olub ki, bu da ümumi gecələmələrin 40,8 faizinə bərabərdir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr