2026-cı ilin ötən dövründə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən 54 nəfərin meyiti sudan çıxarılıb.
Bu barədə FHN-dən Modern.az-ın sorğusuna cavab olaraq bildirib.
Qeyd olunub ki, çimərlik mövsümü ərzində 73, ilindən əvvəlindən isə ümumilikdə 79 nəfər xilas olunub.
"Xilas edilən 79 nəfərdən 73-ü məhz çimərlik mövsümü ərzində xilas olunub. Xidmətin nəzarət etdiyi ərazilərdə ölümlə nəticələnən sudaboğulma hadisəsi qeydə alınmayıb. Bununla yanaşı, cari ilin ötən dövründə ümumilikdə 54 nəfərin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib"
Qurumdan bildirilib ki, araşdırmalar suda boğulma hadisələrinin əksəriyyəti qeyri-çimərlik ərazilərdən istifadə, küləkli havada və ya sərxoş vəziyyətdə dənizə girmək, uşaqların və yeniyetmələrin nəzarətsiz buraxılması səbəbindən olur.
"Xüsusilə bölgələrdə çaylar, göllər, suvarma kanalları və çimmək üçün nəzərdə tutulmayan digər su hövzələrindən istifadə də boğulma hallarının əsas səbəblərindəndir",- deyə qurumdan qeyd olunub.
Nazirlik əhaliyə, xüsusilə valideynlərə yalnız xilasedicilərin xidmət apardığı çimərliklərdən istifadə etməyi tövsiyə edir. Bundan başqa, uşaqların çimərlikdə yalnız böyüklərin müşayiəti ilə olması və nəzarətsiz buraxılmaması xüsusi vurğulanır. FHN-in məlumatına görə, çimərliklərdə istirahət üçün daha təhlükəsiz saatlar 09:00-dan 20:00-dək olan müddətdir. Hava qaraldıqdan sonra suya daxil olmaq isə təhlükəli hesab olunur.