Azərbaycanda 2027-ci ildə televiziya, radio və nəşriyyat sahəsinə dövlət büdcəsindən 68 milyon manatdan çox vəsait ayrılması planlaşdırılır.
Modern.az xəbər verir ki, bu, Milli Məclisə təqdim edilmiş “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, gələn il televiziya, radio və nəşriyyat istiqaməti üzrə xərclərin 68 milyon 369 min 136 manat olması nəzərdə tutulur.