Modern.az

Milli Məclislə Naxçıvan Ali Məclisinin birgə iclasları keçirilsin! - TƏKLİF

Milli Məclislə Naxçıvan Ali Məclisinin birgə iclasları keçirilsin! - TƏKLİF

Parlament

30 Sentyabr 2024, 13:41

Milli Məclislə Naxçıvan Ali Məclisinin birgə iclaslarının keçirilməsi təklif olunub.

 

Modern.az-ın məlumatına görə, bu təkliflə Milli Məclisi deputatı Aydın Mirzəzadə çıxış edib.

 

O, Azərbaycan Milli Məclisinin üzvlərinin Naxçıvan Ali Məclisindəki iclaslarda, Naxçıvan Ali Məclisinin üzvlərinin də Milli Məclisin iclaslarında iştirak etməsini təklif edib.                                                                                                   

 

A.Mirzəzadə Seçki Məcəlləsinə dəyişiklik edilməsini də təklif edib. O bildirib ki, deputatlığa namizədlərin seçki günündə seçki məntəqəsinə girişi qadağan edilməlidir:

 

"Bəzi deputatlar etik normaları gözləyərək həmin gün seçki məntəqəsinə getmirlər. Lakin bəziləri gedir və xoşagəlməz halların yaşanmasına səbəb olur".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat