Modern.az

15 yaşına çatmayan uşaqların işlədilib - HESABAT

15 yaşına çatmayan uşaqların işlədilib - HESABAT

Parlament

Bu gün, 09:41

15 yaşına çatmamış uşaqların işə cəlb edilməsi ilə bağlı 6 fakt aşkarlanıb.

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə edilən İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında qeyd olunub.

Belə ki, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən aparılmış araşdırmalar zamanı işəgötürənlər tərəfindən 15 yaşına çatmamış şəxslərin əmək fəaliyyətinə cəlb olunması ilə bağlı 6 fakt müəyyən edilib.

Nəticədə aidiyyəti vəzifəli şəxslər barəsində 6 min manat məbləğində inzibati cərimə tətbiq olunub.

Hesabatda həmçinin uşaqların həyatına, sağlamlığına və mənəviyyatına təhlükə yarada biləcək fəaliyyətə cəlb olunması ilə bağlı 1 faktın da aşkarlandığı bildirilib. Həmin fakta görə 3 min 300 manat məbləğində inzibati cərimə tətbiq edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV