Modern.az

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ

Parlament

Bu gün, 11:21

İnternet informasiya ehtiyatlarına müvəqqəti girişin məhdudlaşdırılacağı halların siyahısı genişləndirilir.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Belə ki, layihəyə əsasən, internet informasiya ehtiyatının və onun domen adının sahibi, eləcə də informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi yayılması qanunla qadağan edilən məlumatların yerləşdirilməsinə yol verməməlidir.

Qanunvericiliyə əsasən, narkotik vasitələr və psixotrop maddələrin hazırlanması və istifadəsi, pornoqrafiya və uşaq pornoqrafiyası, ictimai mənəviyyata zidd məzmun, qanunsuz qumar və mərc oyunlarının təşviqi, intiharın təbliği, yaş kateqoriyasına uyğun işarələnməmiş audiovizual məhsullar, təhqir, böhtan və şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar, eləcə də insanların həyat və sağlamlığına, ictimai təhlükəsizliyə və infrastruktur obyektlərinə təhlükə yaradan yalan məlumatların internetdə yerləşdirilməsi qadağandır.

Layihəyə əsasən, bu cür məlumatların internet informasiya ehtiyatında yerləşdirilməsi müəyyən edildikdə, həmin internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciət müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Məsələ səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!