Modern.az

Genetik modifikasiya olunmuş toxumların satışına qadağa qoyulur

Genetik modifikasiya olunmuş toxumların satışına qadağa qoyulur

Parlament

Bu gün, 10:03

Azərbaycanda genetik modifikasiya olunmuş toxumların dövriyyəsi ilə bağlı yeni məhdudiyyətlər tətbiq edilir.

Modern.az xəbər verir ki, “Toxumçuluq haqqında” yeni qanun layihəsində genetik modifikasiya olunmuş və ya müasir biotexnoloji, gen mühəndisliyi metodları ilə yaradılmış toxumların ticarət dövriyyəsinə buraxılmasına qadağa nəzərdə tutulub. 

Layihəyə əsasən, ticarət dövriyyəsinə daxil edilməsinə yol verilməyən toxumlar sırasında genetik modifikasiya olunmuş, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış toxumlar da yer alır. Bu o deməkdir ki, belə toxumların ölkə daxilində satışına icazə verilməyəcək. 

Sənəddə göstərilir ki, istifadəyə yararsız olan, o cümlədən genetik modifikasiya olunmuş və ya müasir gen mühəndisliyi üsulları ilə yaradılmış toxumlar normativ tələblərə uyğun şəkildə emal, utilizasiya və ya məhv edilməlidir. Həmin toxumların götürülməsi, daşınması, saxlanması, ekspertizası, zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı xərclər isə toxum sahiblərinin vəsaiti hesabına ödəniləcək. 

Bundan başqa, qanun layihəsində toxum idxalına da əlavə nəzarət mexanizmi nəzərdə tutulur. Belə ki, toxumun idxalına icazə verilməsi üçün onun sortluq və səpin keyfiyyəti ilə yanaşı, genetik modifikasiya olunmaması və ya müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmaması da akkreditə olunmuş laboratoriyalarda yoxlanılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!