Modern.az

Ötən il 1,8 milyard manat debitor borc bağlanılıb

Ötən il 1,8 milyard manat debitor borc bağlanılıb

Parlament

30 İyun 2026, 11:38

2025-ci ildə 1,8 milyard manata yaxın məbləğdə keçmiş illərin debitor borcları bağlanılıb.

Modern.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən plenar iclasda "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi ilə bağlı deputatların suallarına cavab verərkən deyib.

Nazirin sözlərinə görə, debitor borcları ilə bağlı məsələyə konseptual və kompleks yanaşılmalıdır.

O bildirib ki, 2025-ci ildə iri infrastruktur layihələri çərçivəsində qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanılmış yeni müqavilələr üzrə avans ödənişləri həyata keçirilib.

Sahil Babayev qeyd edib ki, ötən il ərzində 1 milyard 797 milyon manat məbləğində keçmiş illərin debitor borcları bağlanılıb.

Nazir əlavə edib ki, 2025-ci il ərzində təşkilatların avans qalıqları Maliyyə Nazirliyi tərəfindən təhlil olunub. Təhlilin nəticələrinə əsasən, zəruri tədbirlərin görülməsi üçün Nazirlər Kabineti tərəfindən 120 təşkilata müvafiq tapşırıqlar verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...