Modern.az

Nazir investisiya xərclərinin az icrasının səbəbini açıqladı

Nazir investisiya xərclərinin az icrasının səbəbini açıqladı

Parlament

Bu gün, 11:40

2025-ci ildə istifadə olunmamış investisiya xərclərinin əsas hissəsi xarici kreditor qurumlarla birgə maliyyələşdirilən layihələr üzrə kreditlərin payına düşüb.

Modern.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən plenar iclasda "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi ilə bağlı deputatların suallarına cavab verərkən deyib.

Nazirin sözlərinə görə, hesabat ilində istifadə olunmamış investisiya xərcinin 334 milyon manatını xarici kreditor qurumlarla birgə maliyyələşmə əsasında həyata keçirilən layihələr üzrə kreditlər təşkil edib.

Sahil Babayev qeyd edib ki, proqnozlaşdırma zamanı xarici kreditor qurumların vəsaiti hesabına icra olunacaq layihələr hazırlıq tədbirləri və danışıqlar prosesinin vaxt aparması, bəzi kredit sazişlərinin imzalanmasının gecikməsi, eləcə də zəruri hallarda operativliyin təmin edilməsi məqsədilə optimist ssenarilər əsasında büdcədə nəzərdə tutulur. Layihələrin icrası isə faktiki cəlb olunan vəsaitlərə uyğun təmin edilir.

Nazir əlavə edib ki, hesabat ilində Nazirlər Kabineti tərəfindən "Dövlət İnvestisiya Proqramına daxil edilən investisiya layihələrinin icrasının monitorinqi və nəticələrinin qiymətləndirilməsi Qaydaları" təsdiq edilib.

Onun sözlərinə görə, yeni qaydalara əsasən investisiya layihələrinin icra qrafikinə uyğunluğu yoxlanılacaq, onların tam və vaxtında həyata keçirilməsi üçün müvafiq monitorinqlər aparılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada