Modern.az

Kənd təsərrüfatına 2 milyard manata yaxın vəsait ayrılacaq

Kənd təsərrüfatına 2 milyard manata yaxın vəsait ayrılacaq

Parlament

Bu gün, 11:42

2026–2030-cu illərdə kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafı üzrə Dövlət Proqramının icrasına dövlət büdcəsindən 2 milyard manata yaxın vəsait ayrılacaq.

Modern.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən plenar iclasda "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi ilə bağlı deputatların suallarına cavab verərkən deyib.

Nazirin sözlərinə görə, kənd təsərrüfatı qeyri-neft sektorunun prioritet istiqamətlərindən biridir və hər il bu sahəyə dövlət büdcəsindən subsidiya, güzəşt və digər dəstək mexanizmləri vasitəsilə əhəmiyyətli maliyyə ayrılır.

Sahil Babayev bildirib ki, Azərbaycan Prezidentinin 2026-cı il 25 may tarixli sərəncamı ilə "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" təsdiq edilib.

Nazir qeyd edib ki, bu proqram ölkənin aqrar siyasətində yeni inkişaf mərhələsinin əsas strateji sənədlərindən biridir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada