Modern.az

Sahil Babayev: Dövlətin səhiyyə xərclərinin səmərəliliyi artırılacaq

Sahil Babayev: Dövlətin səhiyyə xərclərinin səmərəliliyi artırılacaq

Parlament

Bu gün, 11:41

İlkin səhiyyə xidmətlərinin gücləndirilməsi uzunmüddətli dövrdə dövlətin səhiyyə xərclərinin səmərəliliyinin artırılmasına xidmət edəcək.

Modern.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən plenar iclasda "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi ilə bağlı deputatların suallarına cavab verərkən deyib.

Nazirin sözlərinə görə, ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi, tibbi xidmətlərin əhatə dairəsinin və xidmətlər zərfinin genişləndirilməsi, eləcə də ailə həkimi institutunun formalaşdırılması istiqamətində tədbirlər görülür.

Sahil Babayev bildirib ki, 2026–2028-ci illərdə ilkin səhiyyənin profilaktik və erkən diaqnostika funksiyalarının gücləndirilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, bu addımlar ümumi səhiyyə sisteminin yükünü azaltmaqla yanaşı, uzunmüddətli perspektivdə dövlətin səhiyyə xərclərinin səmərəliliyini artıracaq.

Nazir qeyd edib ki, hazırda icbari tibbi sığorta fondu hesabına irsi və nadir uşaq xəstəliklərinin müalicəsi, ana və uşaqların sağlamlığının yaxşılaşdırılması, uşaqların icbari dispanserizasiyadan keçirilməsi, həmçinin uşaqlarda kistoz fibroz genetik xəstəliyinə qarşı mübarizə tədbirləri maliyyələşdirilir.

Sahil Babayev əlavə edib ki, dövlət büdcəsi hesabına uşaqlar arasında yoluxucu xəstəliklərə qarşı immunoprofilaktika tədbirləri üçün cari ildə hesabat ili ilə müqayisədə 6 faiz çox vəsait nəzərdə tutulub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada