Modern.az

Məcburi hospitalizasiya yenidən qiymətləndirilsin - deputat

Məcburi hospitalizasiya yenidən qiymətləndirilsin - deputat

Parlament

Bu gün, 12:20

Məcburi hospitalizasiya olunan şəxslərin müəyyən müddətdən sonra müstəqil psixiatr tərəfindən yenidən müayinəsi və psixiatriya sahəsində statistik məlumatların ictimaiyyətə açıqlanması təklif edilir.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında "Psixiatriya yardımı haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Vasif Qafarov deyib.

Deputat bildirib ki, məcburi hospitalizasiya edilən şəxslərin müəyyən müddətdən sonra müstəqil psixiatr tərəfindən təkrar müayinədən keçirilməsi səhv diaqnoz və əsassız məhdudiyyət riskinin azaldılmasına xidmət edər.

Vasif Qafarov həmçinin məcburi hospitalizasiya, məcburi müayinə və təcrid tədbirləri üzrə anonim statistik məlumatların hər il ictimaiyyətə açıqlanmasını təklif edib. Onun sözlərinə görə, bu, qanunun tətbiqinin səmərəliliyinin qiymətləndirilməsinə və gələcək qanunvericilik islahatlarının əsaslandırılmasına kömək edər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada