Modern.az

Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir

Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir

Parlament

Bu gün, 13:06

Vətəndaşların şəxsiyyət vəsiqələrindən istifadə etməklə onların adına qanunsuz şirkətlərin yaradılması hallarına qarşı daha sərt tədbirlər görülməlidir.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, bəzi hallarda vətəndaşların xəbəri olmadan onların adına şirkətlər qeydiyyata alınır və sonradan həmin şəxslər vergi borcları ilə üzləşirlər.

Onun sözlərinə görə, bu səbəbdən insanlar xaricə səfər edərkən və ya digər dövlət xidmətlərindən istifadə edərkən problemlərlə qarşılaşırlar.

S.Novruzov həmçinin mənzil tikintisində sənədləşdirmə işlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, sənədləşmədəki problemlər nəticəsində vətəndaşlar aldıqları mənzillərlə bağlı çətinlik yaşayırlar.

Deputat əlavə edib ki, bank kartlarından vəsaitlərin oğurlanması kimi halların da qarşısının alınması üçün qanunvericilik daha da sərtləşdirilməli, əsas diqqət vətəndaşların hüquqlarının qorunmasına yönəldilməlidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada