Modern.az

Uşaqlar onlayn cinsi istismar riski ilə üzləşirlər 

Uşaqlar onlayn cinsi istismar riski ilə üzləşirlər 

Parlament

Bu gün, 15:43

Rəqəmsal texnologiyaların sürətli inkişafı uşaqlar üçün yeni imkanlar yaratmaqla yanaşı, onların internetdə qarşılaşdığı təhlükələri də artırır. Mütəxəssislər hesab edirlər ki, rəqəmsal mühitdə uşaqların qorunması kibertəhlükəsizliyin əsas istiqamətlərindən birinə çevrilib.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov komissiyanın rəhbərliyi ilə keçirilən "Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması" mövzusunda ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, kibertəhlükəsizlik dedikdə adətən dövlət sistemləri, maliyyə infrastrukturu və kritik obyektlərin qorunması nəzərdə tutulur. Halbuki informasiya təhlükəsizliyinin ən vacib istiqamətlərindən biri də uşaqların sürətlə dəyişən rəqəmsal mühitdə qorunmasıdır.

Namazov bildirib ki, uşaqlar və yeniyetmələr sosial media platformalarında bir sıra ciddi risklərlə üz-üzə qalırlar.

"Uşaqlar və yeniyetmələr üçün sosial media platformalarında geniş yayılmış kiberzorakılıq, kiberqısnama, yaşa uyğun olmayan məzmuna məruz qalma və onlayn cinsi zorakılıq edən şəxslər tərəfindən istismar riski ciddi narahatlıq doğurur".

Komissiya sədri qeyd edib ki, Azərbaycanda bir çox ailələr bu təhlükələrin miqyasından kifayət qədər xəbərdar deyil.

"Azərbaycanda bir çox ailələr bu risklərdən tam xəbərdar deyil və ya övladlarının onlayn fəaliyyətini effektiv şəkildə monitorinq etmək üçün alətlərə malik deyillər".

O, sosial şəbəkələrin uşaqların psixoloji vəziyyətinə də mənfi təsir göstərə bildiyini vurğulayıb.

"Digər istifadəçilərin reallığı əks etdirməyən həyat təsvirləri ilə özlərini müqayisə etmələri nəticəsində bu, uşaq və yeniyetmələrdə sosial media asılılığı, heysiyyət problemləri, depressiya və narahatlıq kimi hallara səbəb olur".

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...