Modern.az

Milli Məclis Ukrayna ilə müqaviləni təsdiqləyir

Milli Məclis Ukrayna ilə müqaviləni təsdiqləyir

Parlament

10 İyul 2026, 11:13

Azərbaycan Ukrayna ilə hüquqi yardım haqqında müqaviləni təsdiqləyir.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilənin təsdiq edilməsi barədə" qanun layihəsində əksini tapıb.

Belə ki, qanun layihəsinə əsasən, 2026-cı il aprelin 25-də Qəbələ şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə" təsdiq edilir.

Müqavilə iki ölkə arasında mülki və ticarət işləri üzrə hüquqi yardımın göstərilməsi, məhkəmə və digər səlahiyyətli orqanlar arasında əməkdaşlığın hüquqi əsaslarının müəyyənləşdirilməsini nəzərdə tutur.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...