Modern.az

Sahibə Qafarova başsağlığı vermək üçün Qətərə getdi

Sahibə Qafarova başsağlığı vermək üçün Qətərə getdi

Parlament

Bu gün, 16:58

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iyulun 14-də Qətər Dövlətinə səfərə gəlib.

Modern.az xəbər verir ki, səfərin məqsədi Qətər Dövlətinin sabiq Əmiri, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar Azərbaycan Hökuməti adından Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə başsağlığı verməkdir.

Doha Beynəlxalq Hava Limanında Azərbaycan nümayəndə heyətini ölkəmizin Qətərdəki səfiri Adış Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə dollar rekord həddə çatdı - Azərbaycanı nə gözləyir