Modern.az

Deputatlar bu il 30-a yaxın ölkəyə səfər ediblər - Ən fəallar kimlərdi?

Deputatlar bu il 30-a yaxın ölkəyə səfər ediblər - Ən fəallar kimlərdi?

Parlament

Bu gün, 11:50

2026-cı ilin ilk yeddi ayı ərzində Milli Məclis deputatları parlament diplomatiyası çərçivəsində onlarla xarici səfər həyata keçiriblər. Bu müddətdə onlar müxtəlif beynəlxalq təşkilatların sessiyalarında iştirak edib, parlamentlərarası əlaqələrin inkişafı istiqamətində görüşlər keçirib, seçki və referendum müşahidə missiyalarına qatılıblar.

Modern.az yanvarın 1-dən indiyədək Milli Məclis üzvlərinin xarici səfərlərini araşdıraraq, ən fəal deputatları və ən çox səfər edilən istiqamətləri təhlil edib.

Hazırkı statistikaya əsasən, ən fəal deputatlar sırasında Səməd Seyidov yer alır. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri ilin ilk yeddi ayında Meksika, ABŞ, Türkiyəİspaniyaya səfər edib. O, həm parlamentlərarası görüşlərdə, həm də Antalya Diplomatiya Forumu və NATO PA ilə bağlı tədbirlərdə Azərbaycanı təmsil edən nümayəndə heyətlərinə rəhbərlik edib.

ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov da ən fəal deputatlar sırasındadır. O, ilin əvvəlindən Avstriyaya iki dəfə, həmçinin Macarıstan, İspaniyaNiderlanda səfər edib. Deputatın səfərlərinin böyük hissəsi ATƏT PA çərçivəsində keçirilən sessiya və iclaslarla bağlı olub.

ATƏT PA-nın İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsinin sədri Azay Quliyev isə Avstriya, Qazaxıstan, Danimarka, RumıniyaNiderlanda səfərlər edib. O, həm ATƏT Parlament Assambleyasının Büro iclaslarında, həm də beynəlxalq ekoloji və parlament tədbirlərində iştirak edib.

Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev ilin ilk yeddi ayında Litva, QırğızıstanŞimali Kipr Türk Cümhuriyyətinə səfər edib. Deputat TÜRKPA-nın tədbirlərində və parlamentlərarası görüşlərdə Azərbaycanı təmsil edib.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov da fəal deputatlar sırasındadır. O, Türkiyəyə üç dəfə səfər edib. Deputat Antalya Diplomatiya Forumunda, Azərbaycan–Türkiyə parlamentlərarası əlaqələri çərçivəsində keçirilən görüşlərdə, həmçinin Şimali Kipr Türk Cümhuriyyətinə təşkil olunan nümayəndə heyətinin tərkibində iştirak edib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov isə iki dəfə Türkiyəyə, həmçinin Tacikistana səfər edib. Onun səfərləri əsasən parlamentlərarası əməkdaşlıq və beynəlxalq ekoloji tədbirlərlə bağlı olub.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova il ərzində Türkiyəyə iki dəfə səfər edib. O, Ankarada keçirilən görüşlərlə yanaşı, İstanbulda təşkil olunan Qlobal Qadınlar Sammitində də iştirak edib.

QDİƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev TürkiyəGürcüstana, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə Türkiyə, AlbaniyaGürcüstana səfər edib. Hər iki deputat QDİƏT PA çərçivəsində keçirilən iclas və tədbirlərdə iştirak edib.

Deputat Kamran Bayramov da beynəlxalq fəallığı ilə seçilən millət vəkillərindəndir. O, Latviya, Rumıniya, LitvaGürcüstana səfərlər edərək həm parlamentlərarası işçi qruplarının, həm də NATO PA və QDİƏT PA-nın tədbirlərində iştirak edib.

Bununla yanaşı, Milli Məclis sədrinin müavini Rafael Hüseynov ilin ilk yeddi ayında Xorvatiya, ÖzbəkistanSloveniyaya səfər edib. O, Üç Dəniz Təşəbbüsü üzrə Parlament Zirvə Toplantısında iştirak edib, həmçinin parlamentlərarası əməkdaşlıq çərçivəsində keçirilən tədbirlərdə Azərbaycanı təmsil edib.

Deputat Vüqar Bayramov isə FransaMalayziyaya səfər edib. O, Parisdə Beynəlxalq Astronavtika Federasiyasının yaz sessiyasında, Kuala Lumpurda isə Malayziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi keçirilən görüşlərdə iştirak edib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev RusiyaŞimali Kipr Türk Cümhuriyyətinə səfərlər edib. Deputat Həştərxanda keçirilən tədbirlərdə, daha sonra isə parlament nümayəndə heyətinin tərkibində Lefkoşada keçirilən görüşlərdə iştirak edib.

Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov Əlcəzairə səfər edərək parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi rəsmi görüşlərdə iştirak edib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Mərakeşə səfər edib. O, Avro-Aralıq dənizi və Körfəz regionları üzrə Aralıq Dənizi Parlament Assambleyasının İqtisadi Forumunda Azərbaycanı təmsil edib.

NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Ramid Namazov Litvaya səfər edərək qurumun yaz sessiyasında iştirak edib. Onun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində deputatlar Tahir Mirkişili, Könül Nurullayeva, Kamran BayramovSamir Vəliyev də yer alıblar.

Deputat Şahin Seyidzadə isə Şimali Makedoniyaya səfər edərək Beynəlxalq Tolerantlıq və Sülh Parlamentinin plenar sessiyasında iştirak edib.

Milli Məclisin Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov, deputatlar Kamal Cəfərov, Gülşən PaşayevaNigar Arpadarai Almaniyaya səfər edərək parlamentlərarası görüşlər keçiriblər.

Deputatlar Jalə ƏliyevaSevinc Fətəliyeva ilin ilk yarısında bir neçə beynəlxalq səfərdə iştirak ediblər. Onlar əvvəlcə Meksikaya, daha sonra isə ATƏT PA nümayəndə heyətinin tərkibində AvstriyaNiderlanda, Jalə Əliyeva isə əlavə olaraq Şimali Kipr Türk Cümhuriyyətinə səfər edib.

Deputatlar Ağalar VəliyevHeydər Əsədov Sloveniya, TürkiyəŞimali Kipr Türk Cümhuriyyətinə səfərlər ediblər. Heydər Əsədov, eyni zamanda, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə nümayəndə heyətinin tərkibində Ankarada keçirilən görüşlərdə də iştirak edib.

Mədəniyyət komitəsinin sədri Fazil Mustafa ilin ilk yeddi ayında Latviya, Qazaxıstan, TürkiyəQazaxıstana səfər edib. O, həm parlamentlərarası əlaqələr çərçivəsində, həm də MDB və digər beynəlxalq platformaların tədbirlərində Azərbaycanı təmsil edib.

Deputatlar Sevil Mikayılova Latviyaİsveçrəyə, Səbinə Salmanova isə AlbaniyaGürcüstana səfər edərək beynəlxalq parlament tədbirlərində iştirak ediblər.

Deputatlar Məzahir Əfəndiyev (Tacikistan), Bəxtiyar Əliyev (Qazaxıstan, Malayziya), Mehriban Vəliyeva, Müşfiq CəfərovBəhruz Məhərrəmov (Əlcəzair), Zaur Şükürov (İspaniya), Elnarə Akimova (Özbəkistan), Əlibala MəhərrəmzadəErkin Qədirli (Ukrayna), Tural Gəncəliyev (Avstriya, Niderland), Tamam Cəfərova (Qazaxıstan), Fariz İsmayılzadə (Qazaxıstan), Məlahət İbrahimqızı (Qazaxıstan) və Azər Badamov ilə Qüdrət Həsənquliyev (Qazaxıstan) də müxtəlif beynəlxalq tədbirlər, parlamentlərarası görüşlər və müşahidə missiyaları çərçivəsində xarici səfərlər həyata keçiriblər.

P.S. Milli Məclisin sədri Sahibə Qafarova və onun rəhbərliyi ilə həyata keçirilən xarici görüşlər məqaləyə daxil edilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya İlham Əliyevi hədəf aldı - Kremldə dəliliyin ən son həddi