Modern.az

Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsi təsdiqlənir

Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsi təsdiqlənir

Parlament

11 Sentyabr 2026, 10:28

Azərbaycan və Qırğızıstan arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsini nəzərdə tutan müqavilə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Modern.az xəbər verir ki, “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsi hazırlanıb.

Layihə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Müqavilə Azərbaycan və Qırğızıstan arasında siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın müttəfiqlik prinsipləri əsasında genişləndirilməsini nəzərdə tutur.

Qanun layihəsi komitədə müzakirə edildikdən sonra Milli Məclisin plenar iclasına tövsiyə oluna bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıya hücumlar artır - Türkiyə nəyi gözləyir?