Modern.az

Süni intellektin tədrisi MƏCBURİ OLACAQ

Süni intellektin tədrisi MƏCBURİ OLACAQ

Təhsil

Bu gün, 17:35

Çin hökuməti bütün məktəblərdə süni intellektin (Sİ) tədrisinin tətbiqini genişləndirməyi planlaşdırır.

Modern.az xəbər verir ki, "Bloomberg"in məlumatına görə, ölkənin Dövlət Şurası tərəfindən təsdiqlənən yeni beşillik plan çərçivəsində süni intellekt təhsilin bütün pillələrində — məktəbdən universitetə qədər — məcburi fənn kimi nəzərdə tutulur.

Planın əsas məqsədi tələbələrdə süni intellektlə işləmək bacarıqlarını formalaşdırmaq, bu texnologiyaların praktik problemlərin həllində istifadəsini öyrətmək və yüksək ixtisaslı yeni nəsil mütəxəssislərin hazırlanmasına nail olmaqdır.

Çin rəsmiləri hesab edirlər ki, bu addım ölkənin rəqəmsal iqtisadiyyatda rəqabət qabiliyyətini artıracaq və innovasiya potensialını gücləndirəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada