Modern.az

Müəllimlərin əməkhaqqı 4 dəfəyə yaxın artıb - Nazir 

Müəllimlərin əməkhaqqı 4 dəfəyə yaxın artıb - Nazir 

Təhsil

Bu gün, 11:28

Elm və Təhsil Nazirliyi nə maaş artıran, nə də qaldıran qurumdur. Biz əməkhaqqını tənzimləyirik.

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, qurumun funksiyası birbaşa əməkhaqqı artırmaq deyil, prosesi tənzimləməkdir:
"2014-cü illə 2026-cı il arasındakı müqayisədə müəllimlərin əməkhaqqı 4 dəfəyə yaxın artıb. Mən başqa bir sahə tanımıram ki, orada son 12 ildə maaş bu qədər artmış olsun".

Qeyd edək ki, nazirliyin açıqladığı son rəsmi statistikaya əsasən, həyata keçirilən diaqnostik qiymətləndirmə və sertifikatlaşdırma islahatları nəticəsində ölkə üzrə müəllimlərin orta aylıq əməkhaqqı 2014-cü ildəki 267 manatdan 2026-cı ildə 1 030 manata yüksəlib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada