Modern.az

Azərbaycanda ən çətin imtahanlar: Hər 10 nəfərdən 7-si kəsilir

Azərbaycanda ən çətin imtahanlar: Hər 10 nəfərdən 7-si kəsilir

Təhsil

Bu gün, 09:00

Tam və ümumi orta təhsil bazasında yaradıcılıq istiqamətləri üzrə keçirilən qabiliyyət imtahanlarında iştirak edən abituriyentlərin yarıdan çoxu məqbul qiymət ala bilməyib.

Modern.az xəbər verir ki, tam orta təhsil bazasında beş istiqamət üzrə ümumilikdə 4684 nəfər imtahan verib. Onlardan cəmi 1439 nəfər məqbul qiymət alıb. İtirakçıların təxminən 69 faizi uğursuz nəticə göstərib.

Ən çox müraciət idman istiqaməti üzrə qeydə alınıb. Bu sahədə imtahan verən 2288 nəfərdən yalnız 612-si məqbul qiymət alıb.

Təsviri sənət istiqaməti üzrə 1887 nəfərdən 633-ü, musiqi istiqaməti üzrə 266 nəfərdən 134-ü, teatr, kino və xoreoqrafiya istiqaməti üzrə 160 nəfərdən 34-ü, dini-mənəvi xidmət istiqaməti üzrə isə 83 nəfərdən 26-sı məqbul nəticə göstərib.

Statistikaya görə, ən aşağı müvəffəqiyyət göstəricisi teatr, kino və xoreoqrafiya istiqamətində qeydə alınıb. Bu istiqamətlər üzrə imtahan verən 160 nəfərdən cəmi 34-ü məqbul qiymət alıb. Bu isə iştirakçıların yalnız 21 faizinin imtahandan uğurla keçdiyini göstərir.

Orta ixtisas təhsili üzrə də mənzərə fərqli deyil

Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul imtahanlarında da uğur faizi yüksək olmayıb.

Ümumi orta təhsil bazasında kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul üçün 3017 nəfər qeydiyyatdan keçib. Onlardan 1340 nəfəri məqbul qiymət alıb. Beləliklə, 1677 abituriyent, təxminən 56 faizi imtahandan uğurla keçə bilməyib.

Bu kateqoriyada təsviri sənət istiqaməti üzrə 1127 nəfərdən 484-ü, musiqi sənəti üzrə 743 nəfərdən 564-ü, teatr, kino və xoreoqrafiya sənəti üzrə 241 nəfərdən 83-ü, idman istiqaməti üzrə 874 nəfərdən 185-i, dini-mənəvi xidmət istiqaməti üzrə isə 32 nəfərdən 24-ü məqbul qiymət alıb.

Orta ixtisas təhsili üzrə də ən aşağı nəticə idman istiqamətində qeydə alınıb. Belə ki, bu istiqamət üzrə il ərzində imtahanda iştirak edən 874 nəfərdən cəmi 185-i məqbul qiymət alaraq mərhələni uğurla keçib. Bu isə iştirakçıların təxminən 21 faizini təşkil edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar