Modern.az

DİM-də ən çox etiraz edilən imtahanlar açıqlandı – SİYAHI

DİM-də ən çox etiraz edilən imtahanlar açıqlandı – SİYAHI

Təhsil

Bu gün, 08:56

Dövlət İmtahan Mərkəzinin (DİM) elektron apellyasiya sistemində müxtəlif imtahanların nəticələri ilə bağlı qeydiyyat davam edir. Statistikaya əsasən, ən çox müraciət 11-ci sinif buraxılış imtahanlarının nəticələri ilə bağlı olub.

Modern.az -ın məlumata görə, 15 mart tarixində keçirilən 11-ci sinif buraxılış imtahanı üzrə 3979 nəfər, 9 mart tarixində keçirilən imtahan üzrə isə 3509 nəfər apellyasiya üçün qeydiyyatdan keçib. 19 aprel tarixində keçirilən 11-ci sinif buraxılış imtahanı üzrə müraciət edənlərin sayı 371 nəfər olub.

Qəbul imtahanları arasında ən çox müraciət III ixtisas qrupu üzrə qeydə alınıb. Bu imtahanın nəticələri ilə bağlı 1353 nəfər apellyasiya üçün qeydiyyatdan keçib. I ixtisas qrupu üzrə 1001 nəfər, əvvəlki illərin məzunları üçün keçirilən bakalavriat qəbul imtahanı üzrə 848 nəfər, II ixtisas qrupu üzrə 617 nəfər, IV ixtisas qrupu üzrə isə 323 nəfər elektron sistemə müraciət edib.

9-cu sinif buraxılış imtahanları üzrə də yüzlərlə müraciət qeydə alınıb. 5 aprel tarixində keçirilən imtahan üzrə 793 nəfər, 26 aprel tarixində keçirilən imtahan üzrə 699 nəfər, 12 aprel tarixində keçirilən imtahan üzrə isə 690 nəfər apellyasiya üçün qeydiyyatdan keçib. 17 may tarixində keçirilən buraxılış imtahanı üzrə isə cəmi 2 nəfər müraciət edib.

Magistratura səviyyəsi üzrə keçirilən imtahanlarda 14 iyul tarixli II cəhd (təkrar) üzrə 320 nəfər, 17 may tarixli II cəhd üzrə 202 nəfər, 15 fevral tarixli I cəhd üzrə isə 56 nəfər apellyasiya müraciəti edib.

Təsviri sənət qabiliyyət imtahanlarında Komissiya 14 üzrə 342 nəfər, Komissiya 15 üzrə 136 nəfər, Komissiya 1601 üzrə 82 nəfər, Komissiya 1701 üzrə isə cəmi 1 nəfər qeydiyyatdan keçib.

Bundan başqa, DSX-nin xüsusi məktəbinə qəbul imtahanı üzrə 64 nəfər, şagirdlər üçün Azərbaycan dili (3 may) imtahanı üzrə 32 nəfər, abituriyentlər üçün Azərbaycan dili (21 iyun) imtahanı üzrə 26 nəfər, rezidentura imtahanının I mərhələsinin ikinci cəhdi üzrə 21 nəfər, coğrafiya fənni üzrə test imtahanı üzrə 17 nəfər, rezidentura imtahanının I mərhələsinin birinci cəhdi üzrə 16 nəfər, 9 illik baza üzrə kolleclərə qəbul imtahanı üzrə 11 nəfər, abituriyentlər üçün Azərbaycan dili (3 may) imtahanı üzrə 3 nəfər apellyasiya üçün qeydiyyatdan keçib.

Statistikaya əsasən, ən az müraciət şagirdlər üçün 21 iyun tarixində keçirilən Azərbaycan dili (dövlət dili) imtahanı üzrə olub. Bu imtahanın nəticələri ilə bağlı heç bir apellyasiya müraciəti qeydə alınmayıb. Həmçinin Təsviri sənət üzrə 1701 saylı komissiyaya cəmi 1, 17 may tarixli 9-cu sinif buraxılış imtahanına isə 2 nəfər müraciət edib. Bu da sözügedən imtahanların nəticələri ilə bağlı narazılığın digər imtahanlarla müqayisədə xeyli aşağı olduğunu göstərir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya HƏDƏ-QORXU - Biz deyənlər olacaq!