Modern.az

Azərbaycanın təhsil tarixində yeni REKORD

Azərbaycanın təhsil tarixində yeni REKORD

Təhsil

24 Avqust 2026, 22:15

Azərbaycan təhsil tarixində yeni rekord qeydə alınıb.

Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” adlı Feysbuk səhifəsində məlumat paylaşılıb.

Qeyd olunub ki, ADA Universitetinin Kompüter elmləri ixtisasında keçid balı 697 olub.

Məlumata görə, buna Respublika Fənn Olimpiadalarının (RFO) qaliblərinin həmin ixtisasa tam yerləşdirilməsi səbəb olub. İxtisas üzrə bir yer boş qalıb və həmin yerə 697 balla qəbul həyata keçirilib.

Nəticədə 697 bal həmin ixtisas üzrə keçid balına çevrilib və Azərbaycan təhsil tarixində yeni rekord qeydə alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!