Modern.az

Şəhid anası tələbə adını qazandı - FOTO

Şəhid anası tələbə adını qazandı - FOTO

Təhsil

25 Avqust 2026, 09:52

Xəbər verdiyimiz kimi, ötən gün ali məktəbə daxil olanların siyahısı açıqlanıb.

Modern.az-ın məlumatına görə, tələbə adı qazananlardan biri də Vətən müharibəsi şəhidi Xalid Hassanın anası Maya Quliyevadır.

M.Quliyeva Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olunub. O bundan öncə kollec təhsili alıb.

Qeyd edək ki, Xalid Həsən 2020-ci il noyabrın 4-ü Vətən müharibəsində Kəlbəcər-Şuşa yolu istiqamətində şəhid olub. O, ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!