Modern.az

Kollecə qəbul olmaq istəyənlərə SON ŞANS

Kollecə qəbul olmaq istəyənlərə SON ŞANS

Təhsil

10 Sentyabr 2026, 09:50

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə bu gün ixtisas seçimi başa çatır.

Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq.

Qeyd edək ki, ixtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib //eservices.dim.gov.az/erizetex/ixtisas2/ internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıya hücumlar artır - Türkiyə nəyi gözləyir?