Modern.az

Leyla Camalzadəni təhsil fədaisi hesab edirəm - Elşad Eyvazlı

Leyla Camalzadəni təhsil fədaisi hesab edirəm - Elşad Eyvazlı

Təhsil

Bu gün, 12:02

"Leyla Camalzadəni təhsil fədaisi hesab edirəm".

Modern.az AzEdu.az-a istinadən xəbər verir ki, bu sözləri Parlament Jurnalistlər Birliyinin sədri, Modern Media Qrupunun təsisçisi Elşad Eyvazlı Leyla Camalzadənin “Küllərindən doğulan qadın” kitabının təqdimat mərasimində çıxışı zamanı qeyd edib.

O, Leyla Camalzadənin həm pedaqoji fəaliyyəti, həm də yaradıcılıq sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib.

Elşad Eyvazlı bildirib ki, Leyla Camalzadə AzEdu.az Təhsil Portalının həyata keçirdiyi “İlin gənc müəllimi-2022” müsabiqəsinin qaliblərindən biridir.

“Leyla Camalzadəni təhsil fədaisi hesab edirəm. Onun müəllimlik fəaliyyəti ilə yanaşı, yaradıcılıqla məşğul olması, öz üzərində çalışması və insanlara fayda verməyə səy göstərməsi təqdirəlayiqdir.

Təxminən 20 ilə yaxın müəllimlik fəaliyyətindən sonra məktəb direktoru olmaq da böyük məsuliyyətdir. Leyla xanımın həm təhsil sahəsində çalışması, həm də yazıçılıqla məşğul olması onun fəaliyyətinin çoxşaxəli olduğunu göstərir.

Sizi təbrik edirəm. Uğurlarınız bol və davamlı olsun. Biz həmişə sizin yanınızdayıq. Arzu edirəm ki, bu kitab yeni uğurlarınızın başlanğıcı olsun”.

Whatsapp
Bizə yazın!
Keçid et
Şok xəbərdarlıq! İran vurulacaq - Ordu əmr gözləyir