Leyla Camalzadə: “Bu kitabı yaradıcılığımın ilk şah əsəri hesab edirəm”
Modern.az AzEdu.az-a istinadən xəbər verir ki, bu sözləri yazıçı Leyla Camalzadə “Küllərindən doğulan qadın” kitabının təqdimat mərasimində çıxışı zamanı qeyd edib.
Müəllif bildirib ki, kitab əslində onun dördüncü kitabı olsa da, ilk dəfə təqdimat mərasimi keçirdiyi üçün bunu yaradıcılığında yeni başlanğıc hesab edir:
“Əslində, bu, mənim dördüncü kitabımdır. Ancaq mənim üçün birinci kitab hesab olunur. Çünki ilk dəfədir ki, kitabımın təqdimatını keçirirəm.
Düşünürəm ki, ‘Küllərindən doğulan qadın’ mənim özümün də küllərindən doğulan qadın kimi yaradıcılığımın ilk şah əsəridir.
Bir məqamı da qeyd edim ki, kitabın davamı olacaq. İlkin olaraq yeddi bölüm nəzərdə tutmuşuq. Hələlik bu, birinci bölümdür və növbəti hissələrdə hadisələr ardıcıl şəkildə açılacaq. İnsan psixologiyasını ən incə detalları ilə təqdim etməyə çalışmışıq.
Kitab çapa göndərilməzdən əvvəl bir neçə mütəxəssisdən rəy almışıq. Düşünürəm ki, yaxşı olacaq. Buna çox inanıram”.