Modern.az

Türkiyə Krımın ilhaqını tanımır - Ərdoğan 

Türkiyə Krımın ilhaqını tanımır - Ərdoğan 

Dünya

23 Avqust 2022, 18:42

"Türkiyə Krımın ilhaqını tanımır və ilk gündən bunun qeyri-qanuni olduğunu açıq şəkildə bəyan edir".

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Krım Platforması”na üzv ölkələrin liderlərinin iclasına ünvanlanmış videomesajında bildirib.

 

Dövlət başçısı qeyd edib ki, Türkiyənin bu yanaşması təkcə hüquqi deyil, həm də mənəvi əsasları olan prinsipial mövqedir.

 

Ərdoğan Krımın Ukraynaya qaytarılmasının zəruriliyini vurğulayıb. O deyib ki, Ukraynanın ayrılmaz hissəsi olan Krımın geri qaytarılması beynəlxalq hüququn tələbidir.

 

Türkiyə lideri, həmçinin Krımın yerli haqq sahiblərindən biri olan Krım tatar-türklərinin təhlükəsizliyinin və rifahının təmin edilməsinin ölkəsinin prioritetləri sırasında olduğunu diqqətə çatdırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi