Modern.az

Ərdoğan Stoltenberqlə görüşdə vacib mesajlar verdi - YENİLƏNİB 

Ərdoğan Stoltenberqlə görüşdə vacib mesajlar verdi - YENİLƏNİB 

4 Noyabr 2022, 23:45

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş başa çatıb.

 

Modern.az xəbər verir ki, görüş zamanı Rusiya-Ukrayna müharibəsi, Yunanıstanın təcavüzkar hərəkətləri, İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsi müzakirə edilib.

 

Ərdoğan bildirib ki, Türkiyə taxıl dəhlizinin fəaliyyətinin bərpa olunmasından sonra diqqətini sazişin uzadılmasına yönəldəcək.

 

Türkiyə lideri İsveç və Finlandiyanın NATO-ya daxil olmasına dair prosesin iki ölkənin atacağı addımlardan asılı olduğunu vurğulayıb.

 

Dövlət başçısı, həmçinin qeyd edib ki, bölgədə gərginliyi artıran Yunanıstan ehtiyatlı davranaraq dialoqa qayıtmalıdır.

 

***

18:28

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Görüş zamanı Türkiyə-NATO münasibətləri, Ukraynada gedən müharibə, taxıl dəhlizi və digər məsələlər müzakirə edilib. 

 

Qeyd edək ki, NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyədə rəsmi səfərdədir. O, səfər çərçivəsində Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu ilə də danışıqlar aparıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama