Türkiyənin Adana şəhərinin Kozan rayonunda əkin işi ilə məşğul olan şəxsləri daşıyan traktor aşıb.
Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində 37 nəfər yaralanıb.
Hadisə yerinə çoxlu sayda jandarma və həkim heyəti göndərilib.
Qəzada yaralanan 37 nəfər təcili yardım və şəxsi avtomobillərlə xəstəxanaya aparılıb. Yaralılar arasında vəziyyəti ağır olanlar şəhər xəstəxanasına göndərilib.
Akif İsmayılov