ABŞ Hərbi Hava Qüvvələrinin komandirlərindən biri general Mayk Minihan 2025-ci ildə Çinlə toqquşma ola biləcəyini deyib.
Modern.az xəbər verir ki, bu barədə o, hərbçilərə göndərdiyi məktubda qeyd edib.
“Ümid edirəm yanılıram, amma mənim hissim budur ki, 2025-ci ildə Çinlə döyüşəcəyik", - amerikalı general bildirib.
Minihan Vaşinqtonun diqqətinin daxili siyasətə çevriləcəyi dövrdə Çinin fürsətdən istifadə edə və Tayvana doğru hərəkət edə biləcəyini vurğulayıb.
O, qoşunlardan Çinlə qarşıdurmaya hazırlaşmağı xahiş edib.
Akif İsmayılov